Covid 19 virusu ilə bağlı Lotfi Zadeh Technology Center-də alınan qabaqlayıcı tədbirlər
Covid 19 virusu ilə bağlı Lotfi Zadeh Technology Center-də alınan qabaqlayıcı tədbirlər
- Təmizliyin intensivləşdirilməsi
- Mərkəzin xüsusiylə ümümi istifadədə olan hissələrinin təmizlənməsi üçün təmizlik saatları artırılıb, təmizlik prosesi intensivləşdirilməlidir.
- Mətbəxdə ümümi istifadə üçün nəzərdə tutulan metal və ya taxta materialda qaşıq, bıçaq, çəngəl, boşqab kimi vasitələrin müvəqqəti olaraq plastik ilə əvəz edilməlidir.
- Ümumi istifadədə olan soyuducu, mikrodalğalı soba, çaydanlıq, qəhvə aparatı kimi elektronik məhsullar tez-tez yuyulmalıdır.
- Printerlərin xarici hissəsi, qapı dəstəkləri spirtlə silinməlidir.
- Görüş otaqlarının rezervasiyaları arasında 30 dəqiqəlik vaxt buraxılaraq hər
görüşdən sonra təmizlənməsi və dezinfeksiya edilməsinə sərf edilməlidir. - Hər kəsin görə biləcəyi bir yerdə təmizlik barədə tarix, saat, təmizliyi edən şəxs barədə məlumatlar olan kağız qoymaq lazımdır ki, üzvlər hansı sahənin ən son
nə vaxt təmizləndiyini bilsinlər.
- Kondisioner və havalandırma sistemi
- Havalandırma sisteminin keyfiyyətini artırmaq, təmiz hava axınının mütəmadiliyini təmin etmək, lazım gələrsə mobil havalandırma vasitələriylə dəstək vermək lazımdır.
- Sistem baxımını artırmaq və filterlərin virusitlərlə təmizlənməsi təmin edilməlidir.
- Sahədə təbii bitkilərin sayı artırılmalıdır.
- Vaxtaşırı təbii olaraq havalandırılma təmin edilməlidir.
- Girişlərə nəzarət edilməsi
- Girişlərdə dezinfeksiya edici vasitələrini quraşdırmaq lazımdır.
- Elektron temperatur ölçmə vasitəsi saxlanılmalıdır.
- Girişlərdə əllərin dezinfeksiyaedici məhsullardan doğru istifadə qaydası, sahədə
COVİD 19-la bağlı məlumat olan posterlər qoyulması, tualetlərdə əllərin doğru şəkildə yuyulması ilə bağlı məlumatlar əks etdirilməsi vacibdir.
- Məkanın bölüşdürülməsi
- Sosial məsafənin qorunması üçün qaynar masa, ümumi oturacaqlar, divan tipli məhsulların istifadəsini minimuma endirmək.
- Mətbəxdən istifadə zamanı yalnız sıra ilə bir şəxsin istifadəsini təmin etmək lazımdır.
- Sosial məsafə çərçivəsində istifadə edilməyəcək masaları işarələmək
- Görüş otaqlarının istifadəsi üçün saatlara günlük limit qoyulmalıdır, hər görüş
bitdikdən sonra dezinfeksiya edilməlidir. - Ünsiyyət zamanı sosial məsafənin qorunmasına təşviq etmək lazımdır.
- Eyni anda tualetlərə maksimum iki şəxsin daxil olması limitini qoymaq.
5. Əlavə tədbirlər
- Hər seqment zona, ofis, görüş otaqlarına, mətbəxə dezinfeksiya edici gel və ya digər vasitələr qoyulmalıdır.
- Tualetlərdə sabun, qurutmaq avadanlıqlarının sensorlu avadanlıqlarla əvəz etmək lazımdır ki, təmas minimuma endirilsin.
- Tədbirlər planı ilə bağlı məlumatı hərkəslə bölüşmək lazımdır.
- İşçilər müştərilərlə ünsiyyət zamanı maskadan istifadə etməlidir.
- Qida təmin edilirsə, bunu açıq formada yox, hər biri paketlənmiş şəkildə etmək
lazımdır.
COVİD 19-a yoluxmuş və ya şübhə daşıyan şəxs olduğu zaman:
- Test neqativ çıxana qədər evdə özünü izolasiya etməsini bildirmək
- Simptomlar göstərən şəxsi dərhal ayırmaq və ya evə, ya da xəstəxanaya getməsini təşviq etmək, həmçinin, həmin şəxslə yaxın təmasda olan şəxslərə də eyni formada izolyasiya təbirləri həyata keçirmək lazımdır.
- İzolyasiya üçün xüsusi məkan ayırmaq lazımdır.
- Həmin şəxsin istifadə etdiyi məkan və vasitələri dərhal təmizləmək və dezinfeksiya etmək və yenidən istifadəyə qədər bacarıldığı qədər gözləmək gərəklidir (24 saat məsləhətlidir).
Author
Imran Baghirov
Tags
Müəllif yazıları
Published time
31-JUL-2020 / 10:15