44 Jafar Jabbarli Street, Caspian Plaza
Featuring a modern design, LTC Y offers a high office standard work environment for startup owners, small entrepreneurs, freelancers, business people and anyone who needs an office. Our center is located on the 15th-16th-18th floors of Caspian Plaza.
Contact us
40 Jafar Jabbarli Street, Caspian Business Center
In 2022, a new branch equipped with modern equipment "LTC X" was opened.
Contact us
Kovörkinq- Yeni normalımız
Bir neçə il əvvələ qədər, dünyada artım göstərən kovörkinq mərkəzlərinə hərkəs trend olaraq baxırdı. Belə ki, qəribə bir inanc var idi ki, kovörkinq də digər trendlər kimi özünə marağı itirəcək və idea yavaş-yavaş silinib gedəcək. Lakin, son illərdə dünyada kovörkinq mərkəzlərə təlabatın artımı, insanların daha da maariflənməsi onu göstərir ki, bu idea artıq trend yox əsas axım halına gəlmişdir. Ölkəmizdə də insanlar zaman keçdikcə standart ofis və kovörkinq məfhumları arasında fərqi düzgün dəyərləndirməyə başlayır və həm maddi, həm də vaxta qənaət baxımından kovörkinq sərfəli olan xidmətlərindən yararlanırlar. Bəs kovörkinq nədir və hansı üstünlükləri vardır?

 Kovörkinq mərkəzlərə olan tələbat əsəsən frilanser iş rejiminin inkişafı ilə ortaya çıxmağa başladı desək heç də yanılmarıq.  2005-ci ildə Bred Neuberq San Fransiskoda Hat Fabrika kovörkinq mərkəzini qurduğunda bu idea inkişaf etməyə başlamış, və müstəqil işləyən şəxslərin birlikdə işlədikləri fiziki məkan məfhumu kimi biznes mühitində məşhurlaşmışdır. Kovörkinq mərkəzlərə olan tələbat müxtəlif seqmentlərdən olur, hər seqmentin isə özünə xas səbəbləri olur ki, onlar burada işləməyi digər alternatiflərdən üstün tuturlar. Bunlar nələrdir?

Frilanserlər


Kafelərdə və evdə işləmək işə tam fokuslanmağa mane olur, şəxsi ofis icarəyə götürmək isə çox məsrəflidir. Bu halda, kovörkinqdə işləmək çox əlverişlidir. Sakit məkan, davamlı internet, çay, qəhvə, su, printer xidmətləri və s. sizə təmin edilir, sizə qalan isə yalnız işləmək olur. Kovörkinqinlərə dünyada frilanserlər tərəfindən üstünlük verilmə səbəblərindən biri də odur ki, burada öz şəbəkələrini genişləndirmək, yeni tanışlıqlar və yeni iş imkanları üçün əlverişli şərait vardır.

Tələbələr

Frilans olaraq işləyənlərdən başqa, kovörkinq mərkəzlərə üstünlük verən digər seqment hazırda çox kiçik olsa belə günbəgün artmağa başlayan tələbə seqmentdidir. Bəs tələbələr niyə kovörkinqi seçir? Dərs çalışmaq üçün universitet və şəhər kitabxanaları yaxşı olsa da, bəzi məsələlərdə limitlidir. Xüsusiylə, son dönəmdə Covid-19 pandemiyasıya bağlı online dərslərə qoşulma və xaricdə təhsil alan tələbələrin də online əsasında dərs alması kovörkinqə olan maraqları artırır.

Kiçik və orta sahibkarlar

Kiçik və orta sahibkarların maraqlarının kovörkinqlərə yönəlməsinə səbəb həm bir çox xərclərdən azad olmaları, həm də, öncədən ödəniş əsasında istifadə etdikləri üçün pandemiya dövründə olduğu kimi ofisi saxlamaq üçün ödəniş edərək əlavə xərclər yaratmırlar. İstifadə ediləcək ay üçün ödəniş edilir, mebel və s. kovörkinq tərəfindən təmin olunduğu üçün istifadəni dayandırmaq, köçmək və s. xərcləri də olmadığı üçün sizi ofisi saxlamağa məcbur etmir.

Korporativ şirkətlər

Nəhayət, qlobal biznes mühitində son illərdə, korporativlər işçi heyətinin bir hissəsini frilanserlərlə əvəz etməyə başlamaqla yanaşı, daimi işçilərinin də bir qismini kovörkinqlərdə yerləşdirməyə başlamışdır. Bu maraq onları həm daha rahat mühitdə işləməyinə şərait yaratmaq, həm də ofis həcminin böyüməsinin gətirdiyi xərcləri aradan qaldırmaq üçün lazımdır.


Ümumi olaraq, kövörkinq mərkəzdə işləmək sizə hansı xidmətləri və üstünlükləri verir? Sevindirici haldır ki, son zamanlar kovörkinqdə işləmək insanlar arasında yayılmağa başlamışdır. Kovörkinq mərkəzlərdən istifadənin həyatımızı rahatlaşdırma səbəbləri bunlardır:

-Siz mebel alışı və ya icarəsindən azad olursunuz.
-Ofisin təmiri xərcləri sizi narahat etmir.
-Hər bir ofisdə çay, qəhvə avadanlıqları, məhsulları və s. kimi əlavə xərcləri büdcənizdən çıxarırsınız.
-Printer xərcləri artıq sizi yormur.
-Ofisin problemlərini artıq sizin əvəzinizə başqası həll etdiyi üçün vaxtınıza qənaət edirsiniz.
-Kommunal xərclər, keyfiyyətli internet üçün ödəniş sizin aylıq xərclərinizdən çıxır.
-Ofisin idarəsi üçün əlavə işçi saxlamağınıza ehtiyac qalmır.
Author
Ilaha Ahmadova
Tags
Müəllif yazıları
Published time
06-SEP-2020 / 00:00