44 Jafar Jabbarli Street, Caspian Plaza
Featuring a modern design, LTC Y offers a high office standard work environment for startup owners, small entrepreneurs, freelancers, business people and anyone who needs an office. Our center is located on the 15th-16th-18th floors of Caspian Plaza.
Contact us
40 Jafar Jabbarli Street, Caspian Business Center
In 2022, a new branch equipped with modern equipment "LTC X" was opened.
Contact us
İnkişaf və keyfiyyət üçün əlverişli məkan: kovörkinq
Bugün bir çox sahibkar işçilərin daha məhsuldar və daha çevik fəaliyyət göstərməsində onların yerləşdikləri məkanın mühüm əhəmiyyətə malik olduğunun fərqindədir. Bunun nəticəsində son dövrlər internetin təmin etdiyi saysız-hesabsız yeniliklər sayəsində bir çox işçiyə uzaqdan işləmək imkanı verilir. Bununla belə bəzi insanlar evdən işləməyə üstünlük versə də, bəziləri isə kovörkinq mərkəzlərinə üz tuturlar. Bu iki seçimin hər biri isə özündə bir sıra unikal üstünlükləri və təbii ki mənfi cəhətləri birləşdirir.

Ilk öncə evdən işləməyin üstünlükləri və mənfi cəhətlər ilə tanış olaq. 

Evdən işləyəməyin ən bariz üstünlüklərindən biri kimi gündəlik olaraq evdən çıxmaq məcburiyyətində qalmamanızı, xərclər olmadan cibinizə qənaet edərək çalışmağı misal göstərə bilərik. Eyni zamanda təbii ki rahat geyimlərdə olmaq, evin istənilən bölgəsində əyləşib çalışmaq, digər gündəlik işlərinizi də həyata keçirmək evdən işlədikdə daha asan görünür. Bu üstünlüklərlə birlikdə mənfi cəhətlər də təbii ki mövcuddur. Evdən işləyən zaman məhsuldarlığa nail olmaq çətin ola bilər. Ev işləri, ailə, ev heyvanları və s. sizin diqqətini yayındıraraq vaxtınızı idarə etmənizə mane ola bilər. Bunlar isə şəxsi intizamın pozulmasına, ev işləri ilə peşəkarlığın bir-birinə qarışmasına gətirib çıxara bilər.
Daimi evdə olduqda tamamilə dünyadan qopmuşluq hissi yaranır. Bu zaman video zənglər və ya şəxsi mesajlaşma belə real insanlar ilə ünsiyyət hissini sizə bəxş etməyə bilər. 
Ən önəmlisi isə potensial iş ortağı, müştəri və ya investorla görüşlər üçün eviniz ideal məkan olmaya bilər. (İlk təəssürat həqiqətən vacibdir!)

Bəs nə üçün kovörkinq?

Bir çox kovörkinqlər üzvlərinə ofisə 24/7 giriş imkanı verir, beləliklə sizə uyğun saatlarda rahatlıqla ofisə daxil ola bilərsiniz (Məhsuldar olduğunuz vaxtlara uyğun olaraq). Mətbəx imkanları və istirahət zonalarının mövcudluğu isə sizə yenə də özünüzə vaxt ayırmaq imkanını bəxş edir. 
Eyni zamanda siz kovörkinq mərkəzində müştərilərlə danışmaq, öz biznesinizi nümayiş etdirmək üçün ehtiyyacınız olan iclas otaqları ilə təmin edilirsiniz. Gələn poçtların qarşılanması və sizə ötürülməsi də digər şeylər kimi çox vacibdir ki, bu da kovörkinq mərkəzinin sizə təklif etdiyi ən önəmli xidmətlərdən biridir. 
Büdcənizə qənaət edərək də şəxsi ofis sahibi ola bilərsiniz. Kovörkinq sahəsi sizə bütün zərruri şəraiti olan işıqlandırılmış, təhlükəsiz geniş mühitə çıxış imkanı verir. Burada siz mebel, sürətli internet, printer və skaner xidmətləri, eyni zamanda təmizlik xidməti ilə təmin edilirsiniz. Və ən önəmlisi istəyinizə uyğun olaraq müqavilə ilə bağlı olmadığınız təqdirdə, boş zamanlarınızda kovörkinq üzvlüyündən çıxma imkanına da malik olursunuz.
Şirkətiniz böyüdükcə evdən işləmək müştəri və ya işçi baxımından proffisional mənzərə olmamaqla yanaşı, işçilər həm də işəgötürənlərin ambisiyaya malik olduğuna əmin olmaq istəyirlər.Düzgün istedadın cəlb edilməsi və saxlanılması istənilən biznesin uzunömürlülüyü üçün çox vacibdir. Buna uyğun olaraq iş mühitinizin inkişaf üçün əlverişli mövqedə yerləşməsindən əmin olmalısınız.
Eyni zamanda kovörkinq mərkəzində keçirilən tədbirlər zamanı öz işinin peşəkarı olan bir çox iş adamı ilə tanış olmaq imkanına da malik olursunuz. Məhsuldar kovörkinq mühiti uğurunuzu möhkəmləndirməyə və biznesinizin böyüməsini sürətləndirməyə kömək edir. 
Bizim hamımız özümüz üçün ən pis tapşırıq rəhbəriyik. Heç kim olmadan evdən işlədikdə motivasiya çox da yüksək olmur, bu zaman isə kiçik söhbətlərin dəyərini qeyd etmək lazımdır. Bunun üçün müxtəlif bacarıqlara sahib olan biznes və fərdlərin əhatəsində olmaq öz ilham və məhsuldarlıq səviyyənizi artırmaqda böyük rol oynayır. Kovörkinq sadəcə peşəkar əlaqələri deyil, sosial imkanları da gücləndirir.
Evdən işləmək əvvəlcə cəlbedici bir seçim olsa da böyüyən bizneslər üçün praktiki uzunmüddətli həlll yolu deyil. Fərqli şəxsiyyətlərdən ibarət böyüyən komanda ilə iş zamanı hər kəsi xoşbəxt etmək o qədər də asan deyil. Kovörkinq isə hər kəs üçün ən yaxşısını etməyi hədəfləyir: evin rahatlığı, ənənəvi ofis strukturu, kafenin şəraiti və sosial imkanlar. Kovörkinq bütün bunları əldə etməyin ən əlverişli yoludur.
Author
Nazrin Mahmudova
Tags
Müəllif yazıları
Published time
06-JUN-2022 / 15:30