Cəfər Cabbarlı küç. 44, Caspian Plaza
Müasir dizayna sahib olan “LTC Y” startap sahibləri, kiçik sahibkarlar, frilanserlər, iş adamları və ofisə ehtiyacı olan hər kəs üçün yüksək ofis standartlarına sahib iş mühiti təklif edir. Mərkəzimiz Caspian Plazada 15-16-18-ci mərtəbələrdə yerləşir.
Əlaqəyə keç
Cəfər Cabbarlı küç. 40, Caspian Business Center
2022-ci ildə müasir avadanlıqlarla təchiz olunmuş yeni filial ''LTC X''-in açılışı olmuşdur.
Əlaqəyə keç
Kovörking Mərkəzi - İnnovativ fikirlərin inkubasiyasını təmin edən ünvan!

"Kovörking mərkəzi, insanların bir-birilə kommunikasiya qurmasını və təcrübələrini paylaşması üçün  ideal mühitlərdəndir. Həmçinin insanlar arasında mentorluq göstərmələrini təmin edərək networking imkanları yaradır. Üzvlərimizin İT, SMM, Dizayn, Menecment, Maliyyə və.s kimi fərqli sahələrdə fəaliyyət göstərməsi kovörking mərkəzini texnologiya ilə birləşməsini təmin edərək, müxtəlif peşəkarların bir araya gəlməsinə şərait yaradır. Bu məkanlar, təcrübə və bilik mübadiləsi yolu ilə innovativ fikirlərin inkubasiyasını təmin edir və yeni əməkdaşlıqlar etməsinə imkan yaradır. Kovörking mərkəzində çalışan üzvlərimizin müstəqil olaraq işləməsi və ya müxtəlif layihələrdə əməkdaşlıq etməsi texnologiyanın inkişafına addım atır ki, bu da  getdikcə daha çox sahibkar, startap, frilanser və hətta iri korporasiyaların köhnə ənənəvi iş mühitindən kovörkinqinə yönəlməsinə səbəb ola bilir. 

Texnologiya və İT:  İnformasiya Texnologiyaları sahəsi çox geniş bir sahədir və bir çox alt sahələri özündə birləşdirir. Həmçinin mərkəzimizin 50%-ni İT sahəsi üzrə çalışan üzvlərimiz təşkil edir. Sahənin 40%-ni proqramistlər təşkil edir. İT sahəsi proqramlaşdırma, şəbəkə təhlükəsizliyi, şəbəkə infrastrukturunun idarəedilməsi, İnternetin və bulud texnologiyalarının istifadəsi, məlumat təhlili və digər bir çox sahəni əhatə edir. Bu, bir tərəfdən, bir-birinə texniki dəstək və məsləhət verə biləcəkləri, digər tərəfdən isə proyekt tətbiqləri üçün bir araya gələrək təcrübə və bilik mübadiləsini təmin edir.

Proqramlaşdırma: Proqramlaşdırma, İT sahəsinin ən mühüm hissələrindən biridir. Bu, proqram və tətbiqlərin yaradılması, təhlil edilməsi, inkubasiyası və idarə olunması ilə məşğul olur. Proqramlaşdırma dilləri kimi Python, Java, C++, JavaScript və digərləri ilə məşğul olan proqramçılar bu sahənin əsas təmsilçiləridir.

Şəbəkə Təhlükəsizliyi: Şəbəkə təhlükəsizliyi, şirkətlərin məlumatlarını və informasiya infrastrukturunu hər hansı bir cür təhlükədən qorumaq üçün tədbirləri özündə əhatə edir. Bu, şəbəkə təhlükəsizliyi strategiyalarının təyin edilməsi, şifrələmə, giriş nəzarəti, istifadəçi məlumatlarının müdafiəsi və s.

Şəbəkə İdarəetməsi və Networking: Şəbəkə idarəetməsi, şirkətlərin İT infrastrukturunu idarəetmək və optimallaşdırmaq üçün məlumat sistemləri və texnologiyalarını istifadə etməklə məşğul olur. Bu, şəbəkə cihazlarının konfiqurasiyası, monitorinqi, performansının idarə olunması və şəbəkə əlaqələrinin təhlükəsizlik aspektlərinin qurulması ilə əlaqəlidir.

DevOps: DevOps, proqramlaşdırma və İT operasiyalarının bir - birləşdirilməsi ilə əlaqəli bir mühəndislik vəzifəsidir. Bu metodologiyanın məqsədi, proqramçılar və sistem administraturlarının bir araya gələrək sürətlərini, təhlükəsizliyini və inkişaf təcrübəsini artırmaqdır.

 Proyekt İdarəsi və Koordinasiya: Project Managerlər, kovörking mərkəzlərindəki müxtəlif fəaliyyət sahələri arasında koordinasiya və əməkdaşlığı təmin etmək üçün əhəmiyyətli bir rola malikdir. Onlar, müxtəlif komandalar arasında məlumatın axınını təmin edərək proyekt idarəetmə proseslərini yaxşılaşdırmaqda və hər hansı bir qarışıqlıq vəziyyətində müxtəlif yollar təklif etməkdə fəaliyyət göstərir. 

Kreativ Məlumat Paylaşımı: Dizaynerlər və SMM mütəxəssisləri kovörking mərkəzlərində, müxtəlif sahələrdə fəaliyyət göstərən insanlarla əlaqələnərək kreativ fikirlər, məlumatlar və təcrübələrini paylaşa bilərlər. Bu, təklif edilən proyektlərin reklamını və layihələrin yaratılmasını dəstəkləyə biləcək potensial əməkdaşlıqların inkişafına gətirib çıxarar. Bizim isə mərkəzimizin 20%-ni “Dizaynerlər” təşkil edir. Devoleperlar komandası beyin fırtınası edib, ideya axdarışında olanda  müraciət etdikləri ünvan məhz dizaynerlər olur.  Bura isə, Grafik Dizayner, UX/UI  Dizayneri, Veb Dizayneri və s. kimi müxtəlif alt sahələrini özündə birləşdirən üzvlərimiz fəaliyyət göstərir.  

Mərkəzimizin 40%-ni isə “Developerlarımız” təşkil edir. Kovörking mərkəzləri ilə developeri birləşdirən bir neçə əsas amil var:

İnnovativ Mühit: Kovorking mərkəzləri, yaradıcı və inkişaf etməyə açıq bir mühit təmin edir. Developerlar bu məkanlarda fərqli sahələrdə işləyən digər peşəkarlarla təmas quraraq yeni fikirlər əldə edə, problem həll etməklə yanaşı, bir-birilə dəstək verə bilirlər.

Networking və Əlaqələr: Kovorking mərkəzləri, networking və əlaqələri gücləndirmək üçün əlverişli mühitlər təmin edir. Bu, developerların yeni əməkdaşlarla, müştərilərlə və potensial investorlarla tanış olmaq və iş birliyi imkanları yaratmaq üçün bir platforma malik olmalarını təmin edir.

Rəhbərlik və Mentorluq: Kovorking mərkəzləri, müxtəlif sahələrdə təcrübəli peşəkarlarla qarşılaşmaq və onlardan dərs almaq imkanı verir. Developerlar, müxtəlif məsələlərə cəsarət edə bilər və digər müştərilərdən rəhbərlik və mentorluq ala bilərlər.

Rəqabətçi İcmalar və Tədbirlər: Kovorking mərkəzləri, developerlar üçün icmalar, tədbirlər və təlimatlar təşkil edir. Bu tədbirlər, developerların yeni texnologiyalar və metodologiyalar barədə məlumatlanmaq və işbirləri yaratmaq imkanı verir.

Menecment və Maliyyə sahəsi bir şirkətin səlahiyyətlərini və maliyyə mənbələrini idarə etmək üçün məsuliyyət daşıyan məsuliyətli bir sahədir. Mərkəzimizin 40% -ni isə bu platforma üzrə çalışan üzvlərimiz təşkil edir. Platformanın kovörking mərkəzinə bağlayan əsas amillərdən biri isə “İş Məlumatlarının Təhlükəsizliyi” dir. Maliyyə sahəsi üzrə çalışan insanlar üçün məlumatın təhlükəsizliyi əhəmiyyətlidir. Kovörking mərkəzləri, məlumatın təhlükəsizliyini təmin etmək üçün güclü şəbəkə infrastrukturuna və məlumatın şifrələnməsinə isə xüsusi diqqət yetirirlər. Həmçinin kovörking mərkəzləri, yaradıcı bir mühit təmin edir və mənecment və maliyyə sahəsində fəaliyyət göstərən insanlara yeni fikirlər və təşviqlər vermək üçün əlverişli bir mühit yaradır.

Nəticə olaraq, kovörking mərkəzləri, fərdlərə yaradıcı və rahat mühit əks etdirir. Və bu mühitdə çalışmaq texnologiya sahəsinin birləşdirilməsinə, müxtəlif fəaliyyət sahələrində işləyən insanların bir-birilə əlaqələr qurmasına, təcrübə paylaşmasına və iş birliyi etməsi üçün ideal mühitlə təmin edir. Bu, addım isə fərdlərdə daha effektiv olmaq, mövcud biliklərini artırmaq və yeni layihələrə nail olmaq üçün böyük imkanlar yaradır.  İdeyalarının həyata keçirtdikləri, yeni üfüqlərə doğru irəlilədikləri məkan bəlkə də, sizlərin uğurunuza doğru addım atacağınız parlaq yol olacaqdır. Hər görüşün tərəqqinin təntənəsi və əməkdaşlığın gücünün sübutu olduğu bu dünyada sizləri görməkdən məmnunluq duyarıq!

Müəllif
Aytaj Orujbayli
Teqlər
Müəllif yazıları
Tarix
01-APR-2024 / 18:00