Jafar Jabbarli 44, Caspian Plaza
Müasir dizayna sahib olan “LTC Y” startap sahibləri, kiçik sahibkarlar, frilanserlər, iş adamları və ofisə ehtiyacı olan hər kəs üçün yüksək ofis standartlarına sahib iş mühiti təklif edir. Mərkəzimiz Caspian Plazada 15-16-18-ci mərtəbələrdə yerləşir.
Əlaqəyə keç
Khojali 37, Demirchi Tower
2022-ci ildə müasir avadanlıqlarla təchiz olunmuş yeni filial ''LTC X''-in açılışı olmuşdur. Mərkəzimiz Dəmirçi Towerdə 25 və 26-cı mərtəbələrdə yerləşir.
Əlaqəyə keç
Qaydalar

LOTFI ZADEH TECHNOLOGY CENTER XİDMƏT RAZILAŞMASI

İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

  1. Şərtlərin Qəbulu

LTC AZ MMC-nin təmin etdiyi xidmətlər (ofis məkanı, internetə çıxış və s. daxil olmaqla, lakin məhdud olmamaqla) aşağıda imzalanan İstifadə Şərtləri və Qaydalarının (bundan sonra İŞQ) əsas predmetidir. LTC AZ MMC istifadə qaydalarına istənilən zaman sizə xəbərdarlıq etmədən düzəliş etmə hüququnu özündə saxlayır. Lotfi Zadeh Technology Center (bundan sonra LTC) üzvlük qeydiyyatı icarə yox təklif edilən xidmətlərdən aylıq əsasda yararlanmaq üçün əvvəlcədən ödənilmiş istifadə hüququ yaradır.

  1. Xidmətlərin Təsviri

LTC sizə ofis məkanına giriş, çalışma məkanları, internetə çıxış, ofis avadanlıqları, iclas otağı, informasiya mənbələri və vaxtaşırı təqdim edə biləcəyi digər xidmətlərlə (hamısı, “Xidmətlər”) təmin edir. Xidmətlər hər zaman İŞQ-a tabedir.

  1. Qanunsuz və ya Qadağan edilmiş İstifadə

Siz xidmətlərdən qanunsuz və ya İŞQ tərəfindən qadağan edilmiş məqsədlər üçün istifadə etməyəcəksiniz. Siz xidmətlərdən LTC internet əlaqəsinə, LTC serverinə qoşulmuş şəbəkələrə zərər verəcək, onları həddindən artıq yükləyəcək, onların əlaqəsini kəsəcək şəkildə və ya başqa üzvlərin xidmətlərdən yaralanmasına mane olacaq şəkildə istifadə edə bilməzsiniz. Siz LTC xidmətlərinə, hesablarına, kompyuter sistemlərinə və LTC serverlərinə qoşulmuş şəbəkələrə xakinq, şifrə əldə etmə və ya digər üsullarla icazəsiz şəkildə giriş əldə etməyə cəhd etməyəcəksiniz. Sizinlə bilərək paylaşılmayan informasiya və materialları əldə etməyə çalışmayacaqsınız. Siz qanunsuz və hüququnuz olmayan faylları paylaşmayacaq və ya endirməyəcəksiniz.

Bununla, İŞQ-a daxil olmaq və onun şərtlərinə əməl etmək üçün bütün lazımi qanuni gücə və səlahiyyətə sahib olduğunuzu bildirir və zəmanət verirsiniz ki, əlavə heç bir icazə və ya notarial təsdiq tələb edilmir. Bundan əlavə, xidmətlərdə iştirakınızın və ya xidmətlərdən istifadənizin tərəfi olduğunuz hər hansı bir lisenziya, müqavilə və ya digər sənədin öhdəlikləri ilə ziddiyyət təşkil etməyəcəyinə zəmanət verirsiniz.

  1. Xidmətlərdən İstifadə

Siz razılaşırsınız ki, xidmətlərdə iştirak və ya istifadə etməklə siz:

  1. Xidmətlərdən yarışmalar, piramida sxemləri, zəncir məktubları, spam e-mail, təkrarlayıcı və istənməyən mesajlar (kommersiya və ya başqa xarakterli) üçün istifadə etməyəcəksiniz
  2. Başqalarını təhqir, təhdid etməyəcək, onları cinsi qısnamaya məruz qoymayacaq və onların hüquqlarını başqa yollarla pozmayacaqsınız.
  3. LTC serverlerində, elan löhvələrində, tədbirlərində və digər LTC məkanlarında uyğunsuz, ədəbsiz, təhqir edici mövzular, materiallar və informasiya paylaşmayacaqsınız.
  4. Əqli mülkiyyət qanunları ilə qorunan şəkillər, fotolar, proqram təminatları və digər materialları (sizə məxsus əqli mülkiyyət istisna olmaqla) yükləməyəcək və ya paylaşmayacaqsınız
  5. Şəkillər və fotolar daxil olmaqla xidmətlər vasitəsilə paylaşılan istənilən material və informasiyanı müəllif hüquqları, ticarət nişanı, patent, kommersiya sirri və ya hər hansı bir tərəfin mülkiyyət hüququnu pozacaq şəkildə istifadə etməyəcəksiniz.
  6. “Troya atı”, “worms”, “saat bombası”, “cancelbots”, pozulmuş sənədlər və bu qəbildən olan istənilən növ virus daşıyan səndələri və ya başqalarının kompyuterlərini sıradan çıxara biləcək oxşar proqram təminatlarını yükləməyəcəksiniz.
  7. Hüquqi olaraq paylaşılması, çoxaldılmasl və nümayiş etdirilməsi qadağan edilmiş sənədləri yükləməyəcəksiniz.
  8. Başqalarının xidmətlərdən istifadəsini məhdudlaşdırmayacaq və ya maneə olmayacaqsınız.
  9. İcazəsiz e-poçt adresləri daxil olmaqla başqaları haqqında informasiya toplamayacaq və paylaşmayacaqsınız.
  10. Tətbiq olunan hər hansı qanun və qaydaları pozmayacaqsınız.
  11. Bu obyektin ərazisində şifahi və ya yazılı təxribat xarakterli, LTC-yə qarşı düşmənçilik və ya qıcıqlandırıcı hissləri təhrik edən və ya təhrik edən çıxışlar açıq şəkildə qadağandır. Bu cür təxribatlara, lakin bununla məhdudlaşmayaraq, həmin qurumun harmoniyasını, təhlükəsizliyini və ya nizamını poza biləcək çıxışlar, məktublar, bəyanatlar və ya hərəkətlər daxildir.
  12. Başqalarını aldatmaq məqsədilə saxta kimlik istifadə etməyəcəksiniz.

 

     5. Giriş Sahibi Vəzifələri

  1. Lütfi Zadə Texnologiya Mərkəzinə daxil olmaq hüququna malik şəxs üz-qeydiyyat sahibi hesab olunur.
  2. Giriş sahibi daxil olduqları qapıların və məkanların təhlükəsizliyinə görə məsuliyyəti qəbul edir.
  3. Giriş sahibi binada 24/7 təhlükəsizlik qaydalarına riayət etməyə cavabdehdir.
  4. Giriş sahibi digər üzvlərin təhlükəsizliyi üçün kənar şəxsləri mərkəzə buraxa bilməz.
  5. Giriş sahibi qonaqlarını yalnız şəxsi ofislərdə və iclas otaqlarında qəbul bilər.
  6. Giriş sahibi maksimum 3 (üç) saat qalmaqla gündə 5 (beş) qonaq qəbul edə bilər.
  7. Giriş sahibi başqalarını narahat edəcək səslə danışa bilməz.
  8. Giriş sahibi yalnız onun planına uyğun masadan istifadə edə bilər.

 

  1. Məxfilik

Siz iştirakınız və xidmətlərdən istifadə müddətində məxfi informasiyaya məruz qala bilərsiz. “Məxfi informasiya” LTC, işçilər, xidmətlərdən istifadə edən başqa üzvlər və digər agentlər tərəfindən qismən və ya tamamilə paylaşılan və təbiət etibarı ilə qeyri-ictimai və məxfi olan informasiya hesab edilir.

  1. İnvoys və Ödənişlər

Seçilmiş üzvlük planına əsasən invoyslar əvvəlcədən verilir. Ödəniş invoysda nəzərdə tutulan tarixdə edilir (ilkin aylıq ödənişdən sonra növbəti ayın ödənişi ən gec cari ayın ilk 3 gününə kimi edilməlidir).

  1. Yenilənmə və Xitamlar

Müəyyən edilmiş period üçün ödəniş edildikdən sonra, geri ödəmək mümkün deyil. Xidmətlərin müddətinin yenilənməsi zamanı bu şərtlər və qaydalar, hər iki tərəfin razılığı ilə avtomatik olaraq yenilənir. Sizin İŞQ-a riayət etmədiyiniz halda LTC xidmətlərə istənilən zamanda, sizə xəbərdarlıq etmədən xitam vermək hüququnu özündə saxlayır. Siz bu razılaşmanı 15 (on beş) gün əvvəldən e-poçt üzərindən yazılı xəbərdarlıq etməklə xitam edə bilərsiniz. 15 (on beş) gün əvvəldən xəbərdarlıq göndərmədiyiniz halda LTC bu halı avtomatik yenilənmə olaraq qəbul edəcək və uyğun şərtlər və qaydalar öz qüvvəsini saxlayacaq.

LTC aşağıda qeyd edilən hallarda 3 (üç) gün əvvəldən xəbərdarlıq etməklə razılaşmaya xitam verə bilər:

 

  1. 4 (dörd) və ya daha artıq üzv tərəfindən sizin onların LTC xidmətlərindən istifadəsinə mənfi təsiriniz haqqında şikayət daxil olduqda,
  2. Növbəti ayın ilk 2 (iki) günü ərzində aylıq ödənişi ödəyə bilmədiyiniz halda,
  3. Mənfi ictimai hadisələrin, siyasi və ictimai hüquqi mübahisələrin bir parçası olduqda,
  4. Cinayətkarlıq əməli ilə təqsirləndirildikdə,
  5. LTC məkanında qeyri-qanuni maddələrdən istifadə etdiyiniz halda,
  6. LTC üzvlərinə və üzv olmayan şəxlərə qarşı bullinq, cinsi və psixoloji qısnama sərgilədikdə,
  7. LTC üzvlərinə və üzv olmayan şəxslərə qarşı hörmətsizlik və qeyri-etik hərəkətlər sərgilədikdə.

 

  1. Xidmətlərin İstifadəsində İştirak

Siz xidmətlərin istifadəsində öz azad iradənizlə iştirak etdiyinizi qəbul edirsiniz. Siz xidmətlərdən istifadənizdə, hər hansı informasiya itkisində, oğurluq, məkan daxilində şəxsi əmlaka zərər vurulması halında LTC-nin məsuliyyət daşımadığını qəbul edirsiniz. Siz LTC məkanı daxilində zərər verdiyiniz istənilən əmlaka (LTC-ə, üzvlərə və qeyri-üzvlərə məxsus) görə tam məsuliyyət daşıyırsınız.

  1. Keçərlilik Hökmü

Bu İŞQ-nın hər hansı bir hissəsi, qismən və ya bütövlükdə hər hansı bir səbəbə görə keçərsiz, qeyri-qanuni və ya icra oluna bilməyən hesab edilərsə, bu İŞQ-nın qalan hissələrinə təsir etməyəcək və şərt və qaydaların qalan hissələri öz hüquqi qüvvəsini saxlayacaq.

  1. Sığorta

Üzv olaraq sizdən tələb olunmur, lakin məkanımızdan istifadə edərkən öz avadanlıqlarınızı əhatə etmək üçün İcarəçilərin Sığorta siyasətini aparmağınız tövsiyə olunur. Bu siyasət cari iqamətgahınızı/ofisinizi, həmçinin Lütfi Zadə Texnologiya Mərkəzinin binalarını əhatə edə bilər. LTC şəxsi avadanlıqlara və ya şəxsi əşyaların digər vasitələrinə təsir edən hər hansı bir qəza üçün məsuliyyət daşımır və ya sığortalamır. LTC 1 həftə ərzində LTC daxilində baş verən qəzaların araşdırılmasını dəstəkləyir.