Kovörkinq: Biznes Əlaqələrinin Yaradılmasında Yeni Konsept
Tanımadığınız yad insanlarla eyni çalışma məkanını paylaşmaq qəribə səslənə bilər. Lakin, kovörkinq mərkəzinə daxil olduqda, konseptin təkcə səmərli qiymətə ofis məkanı əldə etməkdən ibarət olmadığını görürsünüz.
Kovörkinq mərkəzləri yerləşdiyi şəhərlərdə biznes və texnologiya ekosisteminin ən iddialı və innovativ oyunçularını bir məkanda toplamağı, onların arasındaki əlaqələri gücləndirməyi, öz sahələrində baş verən ən son yenilikləri bir-birindən öyrənmələrini hədəfləyir.
Açıq və harmonik çalışma zonaları oxşar düşüncəli fərdlər arasında əlaqələrin yaradılmasını asanlaşdırır. Kovörkinq mərkəzlərindəki coffee-pointlər və digər ümumi sahələr üzvlərin bir-birilə öz sahələrindəki ən son yenilikləri paylaşmaq üçün ideal yerlərdir və bu məkanlarda sayısız-hesabsız biznes və əməkdaşlıq fürsətləri yaranır!
Müxtəlif sahələri təmsil edən frilanserlər, fərdi sahibkarlar, startaplar və akademik şəxslər bir məkanda cəmləşdəşdikdə isə nə baş verir? Bu şəxslər biznes ehtiyaclarını bir-birləri vasitəsilə ödəməyə başlayırlar. Fərdlər öz layihələri üçün həyati vacib olan developerləri, dizaynerləri, marketing mütəxəssilərini, hətta həmtəsisçiləri məhz kovörkinq məkanında kəşf edirlər!
Hər bir kovörkinq üzvü eyni zamanda xidmət təklif edən və həm də xidmətdən istifadə edən şəxs qismində çıxış edir.
Lotfi Zadeh Technology Center öz üzvləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə tez-tez tədbirlər təşkil edir. Yerli frilanserləri, developerləri, fərdi sahibkarları, kiçik və orta ölçülü şirkətləri və innovativ startapları icmamızın üzvü olmağa dəvət edirik!
Author
Ilkin Asgarzada
Tags
Müəllif yazıları
Published time
24-SEP-2020 / 17:00